Vətəndaşlar, turistlər pulunu necə dəyişsinlər?  Deputat banklara sorğu etdi

Milli Məclisdə yenidən valyutadəyişmə məntəqələrinə dair məsələ qaldırılıb. "Olaylar" xəbər verir ki, millət vəkili  Rüfət Quliyev deyib ki, Azərbaycanda şənbə-bazar və bayram günlərində banklar işləmir. Başa düşürəm ki, istirahət edirlər. Bəs vətəndaşlar, xüsusi ilə turistlər pulunu necə dəyişsinlər:  "Qanuni lisenziya ilə işləyən 3-5 min valyutadəyişmə məntəqəsi ləğv edildi və bu səlahiyyət banklara verildi. Zəhmət olmasa, yenə də bu məsələyə baxılsın, insanlar əziyət çəkməsin".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31