Peşə standartları 5 il qüvvədə olacaq - ÖZƏL
16 Dekabr 2022 12:30 Siyasət"Peşə standartı üzrə qiymətləndirmənin məqsədi fərdin müvafiq peşə standartını fəaliyyətlər, vəzifələr və ya tapşırıqlar üzrə həyata keçirə bilməsini müəyyən etməkdir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev deyib. Bildirib ki, sözügedən tapşırıqlar peşə standartında müəyyən edilən texniki bacarıqları, planlaşdırma və problemləri həlletmə biliklərini, gözlənilməz vəziyyətlərdə hərəkət etmək bacarığını, digər şəxslərlə işləmək bacarığını və ünsiyyət bacarıqlarını əhatə etməlidir: "Peşə standartı üzrə qiymətləndirmənin məqsədlərinin işəgötürmə, karyera yüksəlişi, bilik və bacarıqlarda olan boşluqların və təlim ehtiyaclarının müəyyən edilməsi, işçi heyətin qiymətləndirilməsindən ibarətdir". Komitə sədri qeyd edib ki, standartın qüvvədə olma müddəti 5 il müəyyən edilir və hər 5 ildən bir standartın yenidən hazırlanması tələb olunur.