Daha bir  Konvensiya təsdiqini tapdı

Milli Məclis "Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat-GUAM iştirakçısı olan dövlətlərin konsulluq məsələlərində qarşılıqlı yardım göstərilməsi haqqında" Konvensiyanın təsdiq edilməsi barədə layihəni müzakirəyə çıxarıb. "Olaylar" xəbər verir ki, layihəni deputat Sevinc Fətəliyeva təqdim edib. Müzakirələrdən sonra "Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat-GUAM iştirakçısı olan dövlətlərin konsulluq məsələlərində qarşılıqlı yardım göstərilməsi haqqında" 2022-ci il sentyabrın 20-də Nyu-York şəhərində imzalanan Konvensiya təsdiq edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31