Xarici işlər nazirlərinin növbəti görüşü Brüssel formatinda keçirilsə… ÖZƏL
16 Dekabr 2022 12:30 Siyasət"Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşünün keçirilməsi gözlənilir. Bu görüş Laçın yolunda baş verən proseslər fonunda keçiriləcək. Bu görüş Yerevanın mövqeyində nələrin dəyişəcəyini göstərəcək. Növbəti danışıqlara Azərbaycan kifayət qədər əlini gücləndirərək qatılır". Bunu Olaylar"a deyən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, Ermənistan bir il ərzində aparılan intensiv danışıqlar prosesini pozub. Həm Moskvada, həm də aktiv olan Brüssel formatı, son Vaşinqtonun vasitəçiliyi nəticəsiz qaldı. Demək olar ki, yola saldığımız ili itirilmiş il olaraq xarakterizə etmək olar. Halbuki, bu il ərzində sülh müqaviləsi bağlana bilərdi. Amma, il ərzində bir çox məsələlərə aydınlıq gəldi və Azərbaycan son "yumuşaq gücdən" istifadə edərək Qarabağda əsas təzyiq rıçaqlarının əlində olduğunu Ermənistana anlatdı: "Xarici işlər nazirlərinin növbəti görüşün Moskvanın vasitəçiliyi ilə deyil, Brüssel formatinda keçirilərsə, yeni danışıqlar üçün zəmin yarana bilər. Artıq Avropa İttifaqı da Ermənistanın sülh müqaviləsinin yayınmasından və Rusiyanın vasitəçiliyinə üstünlük verməsindən narahatdır. Qeyd edim ki, sülhü və təhlükəsizliyi təhdid edən Rusiyadır. Moskva prosesdə əsas qızışdırıcı faktor olaraq. Məhz Moksvanı prosesdən uzaqlaşdırmaq üçün ciddi mexanizmlər işləyib tapmaq lazımdır. Türkiyə faktoru isə, ən optimal variantdır. Avropa İttifaqı da bu kontekstdə Ankaranın vasitəçiliyini irəli sürüb. Xarici işlər nazirlərinin görüşündə Türkiyənin vasitəçiliyi danışıqlar predmeti olacaq. Ermənistan razı olarsa, bu Ankara Yerevan əlaqələrinin inkişafına zəmin yaradacaq".