İqor Xovayev Azərbaycana səfər edəcək
17 Noyabr 2022 18:42 SiyasətRusiya xarici işlər nazirinin Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına kömək üzrə xüsusi nümayəndəsi İqor Xovayev Azərbaycana səfər edəcək.
Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bu barədə bu gün Rusiya XİN-in İnformasiya və mətbuat departamenti direktor müavini İvan Neçayev brifinq zamanı deyib.
"Rusiya xarici işlər nazirinin Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına kömək üzrə xüsusi nümayəndəsinin İrəvana planlaşdırılmış səfəri baş tutub. Növbədə Bakıya səfər nəzərdə tutulub", - deyə o bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31