Türk Dövlətlər Birliyinin hərbi gücə çevrilməsi önəmlidir ÖZƏL

Türk Dövlətlər Birliyinin hərbi gücə çevrilməsi faktoru çox önəmlidir. Bu fikirləri Bütöv Azərbaycan Ocaqlarının təmsilçisi Faiq Ələkbərli səsləndirib. O bildirib ki, atıq Azərbaycan və Türkiyə arasında bu və ya digər anlamda belə bir hərbi pakt var: "Eyni zamanda digər türk dövlətləri arasında da buna yaxın bir əməkdaşlıq var. Yani bu çox önəmlidir və bizim hərbi birliyimiz güclənir. Hesab edirəm ki, artıq Kərkük, Hələb, Uyğurustan, Təbriz, Krımda türk əsgəri, Turan əsgəri, Türk Dövlətləri Təşkilatının hərbiçiləri fəaliyyət göstərməlidir. Bu olduqca vacibdir. İnşallah biz buna çox yaxınıq. Mən hesab edirəm ki, hərbi birliyimizin üçüncü mərhələsi 2023-cü ildə, məhz Türkiyə Cümhuriyyətinin 100 ilində daha da irəli apara biləcəyik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31