Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir – ÖZƏL

Olaylar.az xəbər verir ki, Ermənistanın İqtisadiyyat naziri Qevork Papoyan noyabrın 6-da parliament komissiyalarının birgə iclasında 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı ölkəsinin Avrasiya İqtisadi İttifaqı qarşısındakı bütün öhdəlikləri tam yerinə yetirdiyini bəyan edib. Nazir quruma üzv digər dövlətləri də öhdəliklərinə riayət etməyə çağıraraq, erməni məhsullarına tətbiq olunan məhdudiyyətlərlə bağlı Aİİ Komissiyasına müraciət edildiyini və ədalətli qərar gözlədiklərini vurğulayıb. 

Bütün məhsulların normativ tələblərə cavab verdiyini qeyd edən Papoyan əlavə edib ki, Ermənistanın təşkilatda qalması və ya çıxması barədə qərarı yalnız ölkə xalqı verə bilər və hazırda hökumət ittifaq çərçivəsində səmərəli fəaliyyətini davam etdirir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31