Qətər əmiri Trampla Yaxın Şərqdə gərginliyin azaldılmasını müzakirə edib-ÖZƏL
12:17 DünyaQətər əmiri Şeyx Təmim bin Həməd Əl Sani ABŞ prezidenti Donald Trampla telefon danışığı aparıb. Danışıq zamanı tərəflər Yaxın Şərqdə gərginliyin azaldılması üçün diplomatik səyləri müzakirə ediblər. Olaylar.az xəbər verir ki, bu barədə Ərəbistan prezidentinin ofisi məlumat verib.
Bəyanatda deyilir: "Söhbət zamanı iki ölkə arasında strateji münasibətlər, eləcə də regiondakı son hadisələr, xüsusən də gərginliyin azaldılmasına yönəlmiş diplomatik səylər müzakirə edilib".
Mətndə qeyd edildiyi kimi, iki lider Dohanın "maraqlı tərəflər arasındakı boşluğu aradan qaldırmaq və danışıqlar prosesini dəstəkləməkdə" vasitəçilik rolu da daxil olmaqla, beynəlxalq səyləri müzakirə ediblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31