Azərbaycanda dərman problemi ilə bağlı proqram hazırlanır

2023-cü ilin dövlət büdcəsi müstəqillik dövrünün ən böyük büdcəsidir. "OLaylar" xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov parlamentin plenar iclasında deyib. Onun sözlərinə görə, dövlət büdcəsində səhiyyə xəclərində də xeyli artım nəzərdə tutulub: "Səhiyyə Komitəsində qaldırdığımız xəstəxanalarda avadanlıqların köhnəlməsi məsələsi artıq öz həllini artıq tapır, avadanlıqlar yeniləri ilə əvəzlənir. Bunun üçün Baş nazir Əli Əsədova təşəkkür edirik. Digər məsələ isə ölkədə dərman məhsulları ilə bağlı problemlərdir. Məndə olan məlumata görə, hökumətdə dərman məhsulları ilə bağlı proqram hazırlanır. Bu proqram əsasında dərman vasitələri üzrə problemlər öz həllini tapacaq. Təklif edirəm ki, bu proqrama Milli Məclisin peşəkar deputatları da cəlb edilsin".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31