Deputat qaz limiti ilə bağlı təkliflə çıxış etdi

Milli Məclisdə qaz limiti ilə bağlı məsələ gündəmə gətirilib."Olaylar" xəbər verir ki, bu barədə deputat Tahir Kərimli Milli Məclisin iclasında çıxış edib: "Qaz limiti məsələsinə xüsusilə də dağ kəndlərində diqqət yetirmək lazımdır. Dağ kəndlərində qaz limiti ləğv edilməlidir". T.Kərimli, həmçinin kənd təsərrüfatının inkişafı üçün daha çox maliyyənin ayrılmasının vacib olduğunu söyləyib:"Düzdür, kənd təsərrüfatı sahəsində irəliləyişlər var. Amma ərzaq qıtlığının və inflyasiyanın qarşısını almaq üçün addımlar atmaq lazımdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31