İranın Azərbaycana qarşı tutduğu mövqe qəbulolunmazdır - ÖZƏL
17 Noyabr 2022 15:23 Siyasət"İran Azərbaycanın düşmənləri ilə də yaxınlaşır. İran-Ermənistan münasibətlərində təmasları və səfərləri görürük".
Bu sözləri Olaylar.az-a açıqlamasında politoloq İlyas Hüseynov deyib.
"Xüsusilə qeyd olunmalıdır ki, İran müsəlman dünyasına aid olan ölkələrlə həmsərhəd olsa da, maraqlıdır ki, Ermənistanla dostluq münasibətlərini daha üstün hesab edir, Ermənistanla siyasi, iqtisadi münasibətlər formalaşdırır.
Eyni zamanda Qafanda İranın konsulluğunun açılması da bunun bir göstəricisidir. Tez-tələsik və təmir işləri bitmədən bu konsulluğun istifadəyə verilməsi birbaşa olaraq regionda gərginliyin yaradılmasına xidmət edir. Eyni zamanda, İranın Azərbaycana qarşı tutduğu mövqe qəbulolunmazdır. Bu mövqe ermənipərəst yanaşmanı özündə əks etdirir və regional sülhə, təhlükəsizliyə, sabitliyə də böyük təhdid göstərir.
Azərbaycan güclü regional aktrdır. Vətən müharibəsində qalib gəlməklə nə qədər çətin regionda olsaq da, öz milli maraqlarımızı hər şeydən üstün tutduğumuzu nümayiş etdirdik".