İranın Böyük Britaniyada ən azı 10 nəfəri qaçırmaq və ya öldürmək planı üzə çıxdı ÖZƏL
17 Noyabr 2022 15:24 SiyasətBritaniyanın daxili kəşfiyyat rəisi deyib ki, İran bu il rejimin düşməni kimi qəbul edilən ən azı 10 Britaniya vətəndaşını və ya Böyük Britaniyada yaşayan şəxsi qaçırmaq və ya öldürmək planı hazırlayıb.
Olaylar.az xəbər verir ki, Britaniyanın təhlükəsizlik xidmətinin baş direktoru Ken Makkallum çıxışında deyib ki, İran öz daxilində etiraz dalğasını boğmaq üçün zorakılıqdan istifadə etdiyi kimi, həmçinin Böyük Britaniyadakı siyasi rəqiblərini hədəfə almağa çalışıb.
Makkallum deyib ki, İran kəşfiyyatı təhlükəli addımlar atmağa və Britaniya üçün birbaşa təhlükə yaratmağa hazırdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31