Misirdə Azərbaycana müzəffər xalq kimi baxırlar - ÖZƏL

"44 günlük Vətən  müharibəsindən sonra Misirdə artıq Azərbaycan qalib bir xalq olaraq tanınır".

Bu fikirləri "OLAYLAR"-a Misir-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Seymur Nəsirov səsləndirib. O bildirib ki, bundan əvvəl də Azərbaycanla Misir arasında münasibətlər yüksək səviyyədə idi:

"Artıq indi Azərbaycana daha fərqli bir şəkildə, müzəffər dövlət və xalq kimi baxırlar"

Seymur Nəsirov qeyd edib ki, İkinci Qarabağ müharibəsindən öncə hər zaman Ermənistanın Azərbaycanın torpaqlarını işğal etməsindən danışanda bir növ bizə məğlub xalq kimi baxırdılar:

"Həmçinin hər zaman bizə belə bir sual verirdilər ki, kiçik, gücsüz bir Ermənistan dövləti sizin torpaqları necə işğal edə bilər?. Çünki hər zaman keçirilən tədbirlərdə, görüşlərdə Azərbaycanın güclü, qüdrətli bir ölkə olduğunu deyirdik. Ancaq səmimi deyim ki, bunun baxmayaraq bizə verilən həmin sual qarşısında bir növ aciz qalır, kədərlənirdik. Amma indi bizə tam fərqli bir şəkildə, müzəffər bir xalq kimi baxırlar". 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31