Ukrayna iddia edir: Hazırki müharibə iqlimin istiləşməsinə gətirib çıxaran qazların yayılmasına səbəb olub - ÖZƏL

Misirdə BMT-nin COP27 iqlim sammitində Ukrayna iddia edib ki, Rusiyanın Ukraynanı işğal etməsi atmosferə çoxlu miqdarda istiləşdirici qazların buraxılmasına səbəb olub.

Olaylar.az xəbər verir ki, bu göstərici iki il ərzində16 milyon avtomobilin havaya buraxdığı qazların miqdarına bərabərdir.

Ukrayna Rusiyanı məhkəməyə vermək üçün ekoloji cinayətlərə dair sübutlar topladığını bildirib.

O, həmçinin Rusiyanın qiymətli heyvan və bitki dünyasını məhv edildiyini də iddia etdi.

Ukraynanın ətraf mühitin mühafizəsi naziri Ruslan Strilets bildirib ki, müharibə bilavasitə Yer atmosferini qızdıran 33 milyon ton istixana qazının emissiyasına gətirib çıxarıb.

Nazir həmçinin bildirib ki, onun iqlim sammitindəki nümayəndə heyəti Misirdə Rusiya nümayəndələri ilə görüşməyi planlaşdırmır. 

Cənab Strilets həmçinin iddia edib ki, Ukraynanın yenidən qurulması 49 milyon tona qədər karbon qazı emissiyasını əhəmiyyətli dərəcədə artıracaq.

O, dəlillərlə Rusiyadan verdiyi ziyana görə təzminat tələb etmək üçün istifadə etməyi planlaşdırır.

Firefighter puts out fire

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31