Türk dövlətlərinin hərbi birliyi nə qədər önəmlidir? - ÖZƏL
15 Noyabr 2022 15:52 SiyasətTürk dünyasının hərbi birliyi formalaşmalıdır. Məncə, Türkiyə bunun üçün çox mühüm işlər görür. Azərbaycan 2008-ci ildən etibarən türk ordusu standartlarına uyğun olaraq ordu hazırlayır. Bu il həm Qazaxıstanda,həm də Özbəkistanda baş verən hadisələr göstərdi ki, türk dünyasının öz hərbi birliyi olmalıdır. Çünki, kollektiv təhlükəsizlik müqaviləsi haqqında Viana konversiyası var. NATO var. KTMT var. Niyə türk dünyası üçün də olmasın? Belə bir birliyin olması türk dünyası üçün oolduqca önəmlidir. Türk dövlətlərinin hərbi birliyi yaradılsa, həmin blok gələcəkdə digər müsəlman dövlətlərini,xüsusilə, atom silahına malik olan Pakistanın bloka qatılmasını təmin edəcək. Bu çox önəmli qərar olacaq. Bu sözləri Olaylar.az-a açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.