Fransanın Cənubi Qafqaz sevdası...- ÖZƏL
15 Noyabr 2022 15:32 Siyasət"Fransanın regionla bağlı siyasətinin mahiyyəti ondan ibarətdir ki, təkcə Cənubi Qafqazda deyil, bütün dünyada yekun söz sahibi ölkə olmaq istəyir. Fransa çox yaxşı bilir ki, bu niyyətə çatmaq üçün Cənubi Qafqaz kimi önəmli, kritik əhəmiyyətə malik regionda söz sahibi olmalıdır. Ona görə hazırda Fransa əlindən gələni edir ki, regionun siyasi masasına təsir göstərə bilsin. Ancaq, bunu Azərbaycanla əməkdaşlıq formatında edə bilməyəcəyinin fərqindədir. Çünki, Azərbaycan ümumiyyətlə, regionun kənar təsirlərindən qopub, müstəqil siyasət yürüdür. Bu da Fransanın maraqlarına tamamilə ziddir. Ona görə də Fransa yeganə ümid kimi regionda erməniləri dəstəkləməyi, onların əli ilə regiona təsir etməyi məqsədəuyğun hesab edir".
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi məsələlər üzrə ekspert Həşim Səhrablı deyib.
"Erməni sevdalısı qərarları bu səbəbdən alırlar. Bunu İrana qarşı olan sərt bəyanatlarda da hiss edirik. Çünki, son zamanlar Ermənistanla İran yaxınlaşması baş verir. Fransa yaxşı bilir ki, Cənubi Qafqazda onlar üçün ən yaxşı işləyə biləcəkləri ölkə İrandır. Bu həm də düşdükləri vəziyyətdən çıxmaq baxımından belədir. Fransızlar işi elə təşkil etmək istəyir ki, əsas maraqlarını yerinə yetirə bilən ölkə Fransa olsun. Ona görə də İrana təsir etməklə tamamilə özərindən asılı hala gətirməyə çalışır. Fransa İrandakı şovinist rejimin əsas dəstəkçilərindən olub. Bu kimi faktorları göz önünə gətirdikdə açıqca deyə bilərik ki, burda tək niyyət var. Regionun həyatına müdaxilə etmək, söz sahibi Ankara-Bakı müttəfiqliyinə qarışmaqdır. Tehranın hərbi gücündən qorxduğu üçün əməmkdaşlıq yolu ilə yox, hərbi təzyiqlə özünə çəkməyə çalışır".