Şuşa ilə üç şəhər arasında əməkdaşlığa dair protokol imzalanıb - FOTO
15 Noyabr 2022 14:56 SiyasətCənubi Koreyanın Andonq şəhərində keçirilən Tarixi Şəhərlər Liqasının 18-ci Dünya Konfransı çərçivəsində Andonq, Şuşa, Kusko(Peru), Korinf (Yunanıstan) şəhərləri arasında əməkdaşlığa dair dördtərəfli niyət protokolu imzalanıb.
Olaylar.az Trend-ə istinadən bildirir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov "Twitter" səhifəsində bildirib.
Həmçinin konfransda iştirak edən Türkiyənin Bursa şəhərinin Osmanqazi bələdiyyəsinin nümayəndələri və Tarixi Şəhərlər Liqasının baş katibi, Yaponiyanın Kyoto şəhərinin meri ilə də ikitərəfli görüşlər keçirilib.




Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31