Haqqın və ədalətin səsi

"Mehriban xanım Əliyevanın YUNESKO-nun xoşməramlı səfiri titulundan imtina etməsinə dair məlumatı oxudum. Belə bir qətiyyətli  addım  təşkilatın öz funksiyalarını ədalətli yerinə yetirə bilməməsinə, ölkəmizə qarşı iyrənc yanaşmasına üsyankar etirazdır". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Musa Qasımlının sözlərinə görə, Azərbaycan neçə illərdir YUNESKO-nu işğal altındakı torpaqlarımızda erməni vandalizmini görməyə dəvət etsə də, təşkilat susurdu: "Sanki qulaqları kar, gözləri kor, dili lal idi. İndi isə bu qurum öz ideallarını ayaq altına ataraq həyasızlıqla dövlətimizin əleyhinə ədalətsiz, qərəzli fəaliyyətlə məşğuldur. Mehriban xanımın bu qərarı təşkilatın riyakar fəaliyyətinə vurulan ədalətli zərbədir. Eyni zamanda hüquqları pozulan digər ölkələr və xalqlar üçün də həyəcan siqnalıdır. Mehriban xanım tarixdə örnək olan bir ilk yaradaraq dünyada haqqın və ədalətin səsi oldu".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31