Azərbaycan hərbçiləri Türkiyədə təlimlərdə iştirak edir
15 Noyabr 2022 14:19 SiyasətAzərbaycan, Türkiyə, Şimali Kipr Türk Cümhuriyyəti, Qazaxıstan və Qırğızıstan ordularının hərbçiləri Türkiyənin İsparta şəhərində hərbi təlimlər keçirir.
Olaylar.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi paylaşım edib.
Paylaşımda deyilir:
"Birik, bərabərik və güclüyük!
Türk dövlətlərinin qardaş hərbçiləri İspartada bir araya gəlib. Türkiyə, Şimali Kipr Türk Cümhuriyyəti, Azərbaycan, Qazaxıstan və Qırğızıstan ordularının hərbçiləri "21-ci Məskunlaşmış məhəllələrdə terrorçularla mübarizə əməliyyat kursu" çərçivəsində təlim keçirlər".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31