AŞ PA-da uşaq hüquqları üzrə strategiya müzakir ediləcək

Avropa Şurasının Uşaq hüquqları koordinasiya komitəsinin 6-cı iclası keçiriləcək. "Olaylar"ın məlumatına görə, bu barəd məlumat verən millət vəkili, Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü Sevinc Fətəliyevanın bildirdiyinə görə, 3 gün davam edən iclasda Avropa Şurasının uşaq hüquqları üzrə strategiyasının həyata keçirilməsi, strategiyanın izlənilməsi, uşaqların zorakılıqdan qorunması, bütün uşaqlar üçün bərabər imkanlar və sosial inteqrasiya,  onlar üçün texnologiyalara giriş və təhlükəsiz istifadə və digər məsələlər müzakirə olunacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31