İkili yanaşmaya diplomatik dillə etiraz - ÖZƏL

"Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatının (UNESCO) xoşməramlı səfiri kimi fəaliyyətinə xitam verilməsi məqsədilə UNESCO-nun baş direktoru Odri Azulaya məktub ünvanlayıb. Mehriban Əliyevanın bu qərarı faktiki olaraq YUNESKO-nun Azərbaycana münasibətdə xüsusilə son illər sərgilədiyi ikili yanaşmaya diplomatik dillə etirazdır". "Olaylar" xəbər verir ki, bunu deyən "İslahatçı Qadınlar və İnnovasiyalar" İctimai Birliyinin sədri Vüsalə Hüseynli qeyd edib ki, Azərbaycanın Birinci vitse-prezidentinin xoşməramlı səfir kimi 18 illik fəaliyyəti dövründə Azərbaycan-YUNESKO əlaqələrinin yüksələn xəttlə inkişafına, YUNESKO-nun dəyərlərinin təbliği istiqamətində səylərə, bir sıra ölkələrdə mədəni irsin qorunması istiqamətində dəstəyə rəğmən, YUNESKO tərəfindən Azərbaycanın çağırışlarına qarşılıq verilməməsi göz qabağındadır:
 "Belə ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində Azərbaycanın tarixi-mədəni irsinin məhv edilməsi və təhqir olunması məsələsi Azərbaycanın YUNESKO qarşısında qaldırdığı əsas məsələrdən biri olmuşdur. Ölkəmizin mədəni sərvətlərinin dağıdılması və mənimsənilməsi kimi Ermənistanın cinayətləri barədə YUNESKO-ya mütəmadi olaraq məlumat verilməsinə baxmayaraq, təəssüflər olsun ki, son 30 ildə Azərbaycanın mədəni irsinə dəyən ziyanın qiymətləndirilməsi məqsədilə YUNESKO işğal olunmuş ərazilərə missiya göndərməmişdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31