Deputatımız Ekspert Şurasının iclasına qatılacaq
15 Noyabr 2022 12:45 SiyasətMilli Məclisin deputatı Nizami Səfərov Azərbaycan-Rusiya Ekspert Şurasının 2-ci iclasında iştirak etmək üçün noyabrın 15-dən 18-dək Rusiya Federasiyasının Moskva şəhərində səfərdə olacaq. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a bildirilib ki, Rusiya Beynəlxalq Əlaqələr Şurasının və Azərbaycan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə keçiriləcək iclasda ikitərəfli münasibətlərin aktual məsələləri, regionun post-münaqişə dövründə inkişafı və ikitərəfli əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31