İran Parlamentində İlham Əliyevin Səmərqənddə verdiyi bəyanatın müzakirəsi - ÖZƏL

"Məlum olduğu kimi Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Türk Dövlətləri Birliyinin Səməqənddə keçirilən 9-cu zirvə görüşündə Azərbaycandan kənarda yaşayan 40 milyondan yuxarı həmvətənlilərimiz haqqında ciddi bəyanat vermişdir. Bu bəyanatla Prezident bundan sonra xarici ölkələrdə yaşayan Azərbaycanlıların əvvəlkindən daha artıq diqqət mərkəzində olacağı məsələsini nəzərə çarpdırır". "Olaylar" xəbər verir ki, bunu deyən politoloq Əlimusa İbrahimovun sözlərinə görə, İlham Əliyevin bu çıxışı və xaricdə yaşayan həmvətənlilərimizə ünvanlanan müraciəti İranda həm siyasətçilər, həm də şovinistər arasında böyük bir çaxnaşma yaratmışdır: "Orada Azərbaycan dövlətinini xarici siyasətində bu addımı ciddi narahatlıqla qarşılayırlar. Demək olar ki, İran kütləvi informasiya vasitələrinin bütün seqmentləri İlham Əliyevin tam çıxışını və ya çıxışda hissələri öz səhifəsinə daşımışlar.İran parlamentinin deputatları da İlham Əliyevin çıxışın və orada yaşayan Azərbaycanlılar haqqında bəyanatı müzakirə etmək qərarına gəliblər. Onlar bəyanatı və bu bəyanatdan onları maraqlandıran hissələri oxumuş və deputatlrı bu bəyanatla bağlı fikirlərini bölüşməyə çağırmışlar. Təbii ki, çıxış üçün kürsüyə çıxan deputatlar İlham Əliyevi tənqid etmək üçün nəisə deməyə cəhd ediblər. Amma onlar Azərbaycan Prezidentinin Səmərqənddəki bəyanatında qaldırılan məsələlər haqqında-İranda 40 milyondan artıq Azərbaycanlının yaşaması və onların öz dillərində danışmaq hüququnun olmaması barədə bir söz deməyiblər. Deyə bilməyiblər. Sadəcə Azərbaycan Respublikası Prezidentinə tarixi oxumağı məsləhət görüblər. Onların İlham Əliyevin Azərbaycan tarixini elə cə də İran tarixini onlardan artıq bilməsi barədə məlumatlarının olmaması üzə çıxır. Bu İran fars şovinizminin həm də Azərbycan millətindən olan nökərləri bilmirlər ki, İlham Əliyev tarixlə yanaşı həm də siyasəti onlardan, hətta onların başında duranlardan daha yaxşı bilir. İlham Əliyev İran rəhbərlərindən və siyasətçilərindən fərqli olaraq rejimlərinin sonunun yaxınlaşdığını görür və ona görə də orada yaşayan həmyerlilərimizi Azərbaycan Respublikasına arxalanmağa səsləyir. İlham Əliyev bu tipli bəyanatları ilə Azərbaycan dövlətinin digər ölkələrdə yaşayan həmvətənlilərimizi həmişə dəstəkləyəcəyinə zəmanət verir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31