"Moskvanın təqdim etdiyi təkliflər Azərbaycanla gələcək danışıqlar üçün əsas ola bilər" - Paşinyan

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya xarici işlər nazirinin xüsusi nümayəndəsi İqor Xovayevlə görüşündə bəyan edib ki, Moskvanın təqdim etdiyi təkliflər Azərbaycanla gələcək danışıqlar üçün əsas ola bilər.

Olaylar.az oxu.az-a istinadən bildirir ki, bu barədə bazar ertəsi Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, həmsöhbətlər Ermənistan, Rusiya və Azərbaycan liderlərinin Soçidə keçirilmiş üçtərəfli görüşünün nəticələrini, Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması prosesini müzakirə ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31