Qərbin savaş başlatmaq üçün hansı səbəbləri var?- ÖZƏL
14 Noyabr 2022 13:36 Siyasət"İstər Mosad, istər CİA hesabatlarına görə İranın nüvə silahına yiyələnməsinə aylar qalıb. Dünyaya ikinci Şimali Koreya lazım deyil, bu üzdən son zamanlar müharibə mesajları tez-tez səslənir.
Ən narahat olanı İsrail və Səudiyyədir. Dost əlaqələri olsa da Rusiya və Çin də İranın nüvə silahına yiyələnməsindən razı deyil".
Bu sözləri Olaylar.az-a politoloq Orxan Vəliyev deyib.
"İranın hansısa bir ölkə ilə savaşacaq nə ordusu, nə büdcəsi var. Amma yüz minlərlə ballistik raketləri var. Nefti, qızılı satıb pul əvəzinə Çindən, Rusiyadan minlərlə raket alıb. Özü minlərlə istehsal edib. Çoxunun nə dəqiqliyi, nə kontrol avadanlığı var.
Kim birinci İranla savaşsa raket yağışının altında qalacaq. Mənə görə gecikən qərbin savaş başlatması üçün üç seçimi qalıb.
1. Talibanı qabağa vermək.
Taliban hakimiyyətə gəldikdə milyard dollarlıq silahın, məhv edilməsi əvəzinə təmizlənib, yağlanaraq təhvil verilməsi şübhəli qaldı.
2. Körfəzdən ABŞ gəmiləri, havadan isə İsrail qırıcılarının hücumu.
Mümkündür, qarşısını almaq üçün İranın heç bir müdafiə sistemi yoxdur. Zatən çökmüş iqtisadiyyatı tam iflic etmək gücündədirlər.
3. Vətəndaş müharibəsini başlatmaq.
Kürdlər, bəlluclar, ərəblər az saylı olsalar da hazırda silahlıdırlar. Zaman- zaman İran ordusuna hücumlar təşkil edirlər".