Dinsiz rejimə nökərçilik edənlər bu ünsürlərlə bitmir - ÖZƏL
14 Noyabr 2022 12:18 Siyasət"Dövlət Təhlükəsizlik Xidməti İran Məscidləri Dağıdanlara Qardaş Respublikasının kəşfiyyatına nökərçilik edən, daha bir neçə "azərbaycanlı" ünsürün ölkəmiz əleyhinə fəaliyyətlərinin üstünü açıb. Görəsən bu agentlər "dost" İranın niyə məhz düşmən Ermənistana lazım olan faktlarla- neft və qaz kəmərlərinin, hərbi hissələrin yeri, oradakı texnikayla, digər strateji obyektlərlərlə maraqlandığını, ilk növbədə onlar haqda informasiya istədiyini heçmi düşünməyiblər?" "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Sahib Alıyevin sözlərinə görə, yoxsa onlar da İran kəşfiyyatının özlərindən əvvəl ələ alıb sonra Ermənistan xüsüsi xidmət orqanlarının sərəncamına verdiyi bəzi yaramazlar kimi hər şeyə hazırmışlar: "İranın Azərbaycanda agentura şəbəkəsi qurmaq üçün necə dəridən-qabıqdan çıxdığını bildiyimdən əminəm ki, dinsiz rejimə nökərçilik edənlər bu ünsürlərlə bitmir və onların sayı həbs olunanlardan xeyli çoxdur. Ancaq ona da əminəm ki, onlar hamısı bir-bir tapılıb hara lazımdır ora göndəriləcəklər. Cəzalarını yüngülləşdirmək istəyirlərsə, məsləhətim budur ki, özləri gedib təslim olsunlar. Zərərinki kimi, xəyanətin də yarısından qayıtmaq faydalıdır. Və təkcə o rəzilliyə əl atanlar üçün yox".