Milli Məclisin sədri Sahibə Qafarova Türkiyəyə başsağlığı verib

Milli Məclisin sədri Sahibə Qafarova İstanbul şəhərində törədilmiş partlayışla əlaqədar Türkiyəyə başsağlığı verib. Spiker bununla bağlı özünün tviter səhifəsində paylaşım edib. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a bildirilib ki, Parlamentin sədri partlayış nəticəsində həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyəyə dərin hüznlə başsağlığı verib, xəsarət alanlara  şəfa diləklərini ifadə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31