Sülhməramlıların Qarabağda qalma müddətlərinin uzadılmasına ehtiyac duyulduğu görüntüsü yaradırlar - ÖZƏL
14 Noyabr 2022 10:38 Siyasət"Noyabrın 12-də Əsgəran rayonunda təsərrüfat işləri ilə məşğul olan bir nəfər hay əsilli gələcək Azərbaycan vətəndaşının yaralandığı bildirilir. Yəqin ki, düz xəbərdir". Bunu "Olaylar"a deyən millət vəkili Sahib Alıyevin sözlərinə görə, düz olmayan bu yaxınlarda Qarabağa yenə "humanitar yük" göndərən Rusiya Müdafiə Nazirliyinin onu azərbaycanlı hərbçilərin yaraladığı haqda açıqlamasıdır: "Azərbaycan ordusu Qarabağın Rusiya hərbi kontingentinin müvəqqəti kontrolunda olan hissəsində yaşayan dinc adamlara heç vaxt atəş açmayıb, açmır. Bu, həmən hərbi kontingentin orada nə qədər mümkündür bir o qədər çox qalmasını istəyənlərin, "humanitar yük" adı altında ora silah-sursat daşıyanların növbəti təxribatıdır. Görünür, bu yolla Qarabağda qalma müddətlərinin uzadılmasına ehtiyac duyulduğu görüntüsü yaradırlar".