Terrorizmə qarşı mübarizə mütəşəkkil olmalıdır - ÖZƏL
14 Noyabr 2022 10:34 Siyasət"Türkiyənin İstanbul şəhərinin Bəyoğlu məhəlləsi, İstiqlal küçəsində baş verən partlayış nəticəsində ölənlərin sayı 6 nəfərə, yaralıların sayı 81-ə çatıb. Belə patlayışları törədənləri və ümumiyyətlə, terrorun bütün təzahürlərini lənətləyirik!" Bunu "Olaylar"a deyən Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm Baydəmirli qeyd edib ki, insanlıq əleyhinə törədilən qanlı hadisələri türk düşmənləri həyata keçirə bilər: "Azərbaycan belə acıları müxtəlif dönəmlərdə yaşayaraq erməni terroruna məruz qalıb, yüzlərlə dinc azərbaycanlı həyatını itirib. Məkanından, zamanından, millətindən asılı olmayaraq terrora dəstək verən, onun sifarişçiləri və icraçılari ifşa olunmalıdır, cəzalanmalıdır. Terrorizmin sərhədi yoxdur. Ona görə, belə cinayətlərə qarşı mübarizə mütəşəkkil olmalıdır. Bu hadisələr onu bir daha sübut edir ki, terrorizmin kökünü kəsmək mümkün deyil. Amma ona qarşı mübarizə koordinasiya olunmuş şəkildə aparılmalıdır".