Milli Məclisin deputatı Səttar Möhbalıyev türkiyəli həmkarlarına başsağlığı verib

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin

deputatı Səttar Möhbalıyev türkiyəli həmkarlarına başsağlığı verib.

Başsağlığında deyilir:

"İstanbul şəhərində törədilən partlayış nəticəsində insanların həlak olması və

yaralanması xəbəri bizi dərindən kədərləndirdi.

Bununla əlaqədar dost və qardaş Türkiyənin həmkarlar ittifaqlarının

rəhbərlərinə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz

adımdan, həmçinin Azərbaycan həmkarlar ittifaqları adından başsağlığı verir,

xəsarət alanlara şəfa diləyirəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31