Milli Məclisin deputatı Dünya İqlim Sammitində iştirak edəcək
12 Noyabr 2022 14:14 SiyasətMilli Məclisin deputatı Ramin Məmmədov noyabrın 13-də və 14-də Misir Ərəb Respublikasının Şarm əl-Şeyx şəhərində BMT-nin İqlim dəyişikliyi Konfransı çərçivəsində keçiriləcək Dünya İqlim Sammitində iştirak edəcək. Olaylar xəbər verir ki,
tədbirdə təmiz iqtisadiyyata keçid, bu sahədə əməkdaşlıq, İqlim dəyişikliyi üzrə Paris Anlaşması çərçivəsində təyin edilmiş məqsədlərə nail olmaq üçün bu sahədəki öhdəliklərin yerinə yetirilməsi və digər mövzularda fikir mübadiləsi aparılacaq.
Səfər noyabrın 15-də başa çatacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31