TDT Azərbaycanı təbrik edib

Türk Dövlətləri Təşkilatı olaraq qurucu üzvümüz Azərbaycan Respublikasını Konstitusiya Günü münasibətilə təbrik edirik.

Olaylar.az Trend-ə istinadən bildirir ki, bu barədə şənbə günü Türk Dövlətləri Təşkilatının (TDT) rəsmi tvitter hesabında bildirilib.

"Azərbaycan hökuməti və qardaş Azərbaycan xalqına səmimi təbriklərimizi və ən xoş arzularımızı çatdırırıq", - deyə paylaşımda qeyd olunub.

Xatırladaq ki, 12 Noyabr Azərbaycanda Konstitusiya Günü kimi qeyd olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31