Azərbaycanla normallaşma prosesi MÜZAKİRƏ EDİLDİ

Fransanın xarici işlər naziri Ketrin Kolonn erməni həmkarı Ararat Mirzoyanla Azərbaycanla normallaşma prosesini müzakirə edib.

Olaylar.az "qafqazinfo"ya xəbər verir ki, bu barədə məlumatı Ermənistanın Xarici İşlər Nazirliyi yayıb.

Nazirlər Azərbaycan və Ermənistan arasındakı hazırkı vəziyyəti, sülh müqaviləsinin gedişatını, eləcə də sərhədlərin delimitasiyasını müzakirə ediblər.

Həmçinin regionda nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı aparılan işlər barədə də söhbət aparılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31