Rayonlarda yeni yataqxanalar tikiləcək
11 Noyabr 2022 14:42 SiyasətRayonlarda yataqxanaların inşa edilməsi məsələsi aktualdır. "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin komitələrinin birgə iclasında çıxış edən maliyyə naziri Samir Şərifov deyib. "Bununla bağlı Baş nazirin müaviq tapşırığı var. Bakıda və Sumqayıtda yeni yataqxanalar tikilib. Hazırda Sumqayıtda iki yeni yataqxana var. Amma bunun miqyası böyüyə bilər. Rayonlarda tikilən yataqxanalara xüsusi diqqəti elə orada qalanlar yetirməlidir ki, yararsız vəziyyətə düşməsin", - nazir vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31