“Ümid edirəm ki, türk dövlətləri eyni mövqedən çıxış edəcəklər” - ÖZƏL

"Prezident İlham Əliyevin Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündəkı 10 dəqiqəlik çıxışının 2 dəqiqəsi  dövlətimizin indiki sərhədlərindən kənarda, ilk növbədə də İran adlanan yerdə yaşayan  soydaşlarımızın pozulan hüquqları haqda idi ki, onların içindən öz dillərində təhsil ala bilməmələri qabardıldı". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Sahib Alıyevin sözlərinə görə,  maraqlıdır, niyə Tehrandakı rejim sayı azərbaycanlılardan 400 dəfə az olan hayların öz dillərində təhsil haqqını tanıyır, onlara bir növ mədəni muxtariyyət verilib, amma bizim soydaşlarımıza gəldikdə tam fərqli davranış sərgilənir: "Dövlət başçımızın  İranı fəth edərkən Firdovsinin məzarı üzərinə gedərək qalxıb türkün qüdrətrini görməyə səsləyən Əmir Teymurun saldırdığı şəhərdəki çıxışında da vurğulandığı kimi  daha Azərbaycan bunu görməzdən gəlməyəcək. Və ümid edirəm ki, cənab İlham Əliyevin irəli sürdüyü kimi bu məsələdə də türk dövlətləri eyni mövqedən çıxış edəcək, Əmir Teymur prinsipiallığı sərgiləyərək dinsiz rejimin təmsilçilərindən azərbaycanlılara qarşı diskriminasiyaya son qoyulmasını istəyəcəklər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31