Davamlı inkişafı təmin edəcək mütəxəssislərin hazırlanması vacib şərtdir - ÖZƏL

Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə uyğun olaraq, Azərbaycan iqtisadiyyatı inkişaf etməkdədir. Gələn ilin dövlət büdcə layihəsi məhz  bu inkişaf templərinə, işğaldan azad edilmiş ərazilərin bərpası, milli təhlükəsizliyin təmini kimi regional  və digər qlobal çağırışlara cavab verir. "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev deyib. Bəxtiyar Əliyev gələn ilin büdcə layihəsində təhsilə ayrılan xərclərin artırılmasını yüksə qiymətləndirərək, bunun Ordumuz üçün yüksəkixtisaslı kadrların hazırlanmasına da xidmət etdiyini söyləyib: "Davamlı inkişafı təmin edəcək mütəxəssislər hazırlanması, elmlə təhsilin inteqrasiyası, ali təhsil müəssisələrində elmi tədqiqatlara ayrılan vəsaitlərin artırılması, büdcə vəsaitlərinin nəticə yönümlüyünün yüksəldilməsi kimi məsələlər vacib məqamlardır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31