İranda Azərbaycana qarşı təxribat halları sürətlə artır - ÖZƏL

"İran-Azərbaycan münasibətləri bu gün gərgin olaraq qalır".
Bu sözləri Olaylar.az-a açıqlamasında politoloq Samir Hümbətov deyib.
"İranda Azərbaycana qarşı təxribat halları sürətlə artır. Xüsusilə media sahəsində bu prosesləri davam etdirirlər. Eyni zamanda, dövlət və hökumət nümayəndələri səviyyəsində belə Azərbaycana qarşı açıq təhdidə keçirlər və doğrudur, bunun bizim üçün elə də ciddi bir əhəmiyyəti yoxdur, amma hər halda edirlər bunu. Eyni zamanda, ordu ilə Azərbaycan sərhədində təlimlər keçirtməklə bunu həyata keçirirlər. Əlbəttə ki, bu gərgin situasiya davam edir. Azərbaycan da ən yüksək səviyyədə bunun cavabını verir və görünən odur ki, bundan sonra da Azərbaycan bu prosesi həyata keçirəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31