Büdcə dövlət başçısının qarşıya qoyduği hədəflərə uyğun hazırlanıb - ÖZƏL

Milli Məclisə təqdim olunmuş dövlət və icmal büdcələrinin layihələri ölkə Prezidentinin sərəncamları ilə təsdiq edilmiş "Azərbaycan-2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"də, "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nda qarşıya qoyulan hədəflərə uyğun hazırlanıb. "Olaylar" xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov deyib. Maliyyə naziri bildirib ki, 2023-cü ilin büdcə layihəsi orta müddətli dövrdə makroiqtisadi və fiskal sabitliyin təmin edilməsi, büdcənin neft gəlirlərindən asılılığının mərhələlərlə aradan qaldırılması, borc intizamının təmin olunması kimi qarşıya qoyulan hədəflərə adekvatdır və gələn ilin büdcəsində ölkənin müdafiə qabiliyyətinin artırılması, Qarabağ və Şərqi Zəngəzur rayonlarında  bərpa-quruculuq işlərinin aparılması, işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışın gerçəkləşdirilməsi  kimi strateji çağırışlar, həmçinin dünyada gedən iqtisadi meyllər nəzərə alınıb: "2023-cü ilin dövlət büdcəsi,  həmçinin Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən Sığorta Fondunun büdcələri, büdcə zərfinə daxil olan digər qanunverici aktlar və sənədlər qanunvericiliyin tələblərinə müvafiq olaraq Milli Məclisə təqdim olunub".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31