Baş Prokurorluğun nümayəndələri Milli Məclisdə olublar - ÖZƏL
11 Noyabr 2022 11:39 SiyasətBaş prokurorluğun müxtəlif strukturlarında çalışan dövlət qulluqçuları ilə Milli Məclisdə görüş keçirilib. "Olaylar"ın məlumatına görə, bu barədə millət vəkili Kamal Cəfərov məlumat verib. Bildirib ki, görüşün məqsədi Milli Məclisin fəaliyyəti və inzibati binası ilə tanışlıq, o cümlədən dövlət qulluqçularının bilik və bacarıqlarının inkişafı ilə bağlı məsələlərin müzakirəsi idi: "Baş Prokurorluğun dövlət qulluqçuları Milli Məclisin inzibati binası, yeni açılmış Zəfər güşəsi, tarixi, Heydər Əliyevin həyatına həsr edilmiş muzey, Plenar və iclas zallar ilə tanış olublar".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31