Türk Dövlətləri Təşkilatının Baş katibi dəyişib

Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi dəyişib.

Olaylar.az Trend-ə istinadən bildirir ki, bunu bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TDT-nin Özbəkistanın Səmərqənd şəhərində keçirilən IX Zirvə Görüşündə çıxışı zamanı deyib.

O qeyd edib ki, Bağdad Amreyevi bu postda Kubanıçbek Ömüraliyev əvəz edib.

"3 ildir uğur və sədaqətlə Baş katib vəzifəsini icra edən Bağdad Amreyevə təşkilatımıza verdiyi töhfələrə görə təşəkkür edirik", - deyə R.T.Ərdoğan əlavə edib.

Qeyd edək ki, bu gün Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşü keçirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31