Sülhün təmin edilməsində Azərbaycanın yanındayıq - Ərdoğan
11 Noyabr 2022 10:14 SiyasətAzərbaycanın bütün səylərinə baxmayaraq, Cənubi Qafqazda vəziyyət hələ də kövrəkdir.
Olaylar.az Trend-ə istinadən bildirir ki, bunu bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının Özbəkistanın Səmərqənd şəhərində keçirilən IX Zirvə Görüşündə çıxışı zamanı deyib.
O qeyd edib ki, Türkiyə haqlı mübarizəsində Azərbaycan xalqının yanında olduğu kimi, sülhün təmin edilməsində də yanındadır.
"8 Noyabrda qeyd etdiyimiz şanlı Qarabağ zəfərinin ikinci ildönümündə şəhidlərimizi rəhmətlə yad edir, qazilərimizə şəfa diləyirik" - deyə R.T.Ərdoğan deyib.
Qeyd edək ki, bu gün Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşü keçirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31