"İranın Azərbaycana qarşı siyasətinin təməlində düşmənçilik yeni deyil və bundan sonra da davam edəcək" - ÖZƏL

Olaylar.az xəbər verir ki, bu barədə politoloq Məhəmməd Əsədullazadə bildirib.

O qeyd eidb ki:

"İranın Azərbaycana qarşı siyasətinin təməlində düşmənçilik yeni deyil və bundan sonrada daima davam edəcək. Azərbaycan ərazilərinin böyük bir hissəsini işğalda saxlayır, 40 milyon azərbaycanlının bütün təməl hüquqlarını pozur. Azərbaycan Respublikasının inkişafı İran rejimi fars millətçiləri üçün qorxulu yuxudur. Din, məzhəb adı altında ölkəmizdə terrorizm fəaliyyətini davam etdirəcək. Ona görə də İranda dini təhsil alanlara qanunla qadağan olunmalıdır.

Cənubi Azərbaycan bizim üçün strateji xətt olmalıdır. Oradakı soydaşlarımıza yüksək səviyyədə dəstəyi davam etdirməliyik. Xaricdə güneyli soydaşlarımızı Mahmud Çöhrəqanlı başda olmaqla Bakıya dəvət edilməlidir. İran Azərbaycan əlaqələri bundan sonra hamar olmayacaq. Bu düşmənçiliyi İran ortaya qoydu.

İranın Ermənistana dəstək verməsinə gəldikdə isə, Yerevan Tehrana yaxın perspektivdə arxa çevirəcək. İrana qarşı Qərbin sanksiyaları genişlənir. Qərb Ermənistana İranla layihələrdən çəkinməyi tələb edəcək. Zəngəzur dəhlizi bizim üçün nə qədər önəmlidirsə, Cənubi Azərbaycan ondan daha da önəmlidir."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31