Milli Məclisin deputatları ABŞ-da səfərdədirlər

Milli Məclisin deputatları Soltan Məmmədov, Fazil Mustafa, Nurlan Həsənov, Vüqar Bayramov və Tamam Cəfərova ABŞ Konqresinin təşəbbüsü ilə keçiriləcək Açıq Dünya Proqramında iştirak etmək üçün ABŞ-da səfərdədirlər.

Olaylar xəbər verir ki, Milli Məclisin deputatları səfər çərçivəsində ABŞ-ın Vaşinqton, Nyu-Mexiko və Santa-Fe şəhərlərində olacaq, Konqresin və Senatın üzvləri ilə bir sıra görüşlər keçirəcəklər. 

Görüşlərdə deputatlarımız ABŞ Konqresinin fəaliyyəti ilə yaxından tanış olacaq, parlamentlərarası əlaqələrin perspektivləri barədə müzakirələr aparacaqlar.
Səfər noyabrın 18-də başa çatacaq.  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31