Zəngilanın regionun digər inzibati rayonlarını inkişaf baxımından geridə qoymaq şansı böyükdür
21 Oktyabr 2022 11:01 SiyasətAzərbaycan 2020-ci il, sentyabrın 27-dən başlayaraq tarix yazmağa davam edir. Həm də yazılan bu tarix yalnız özü üçün deyil. Həm də region, qlobal miqyas üçündür. 30 ilə yaxın işğal altında olan ərazilərimizin azad edilməsi bizim üçün nə qədər önəmlidirsə, region, eyni zamanda dünya dövlətləri üçün də bir o qədər əhəmiyyətlidir. Təkcə bir misal, Zəngəzur dəhlizinin açılması perskpektivi bunu deməyə əsas verir. Qeyd etmək lazımdır ki, Azərbaycan müttəfiqlərinin, dostlarının köməyi ilə hər ötən gün sözügedən dəhlizinin açılmasına doğru bir addım irəliləyir. Bu günlərdə açılışı olan Zəngilan beynəlxaalq hava limanı da bu istiqamətdə atılan mühüm addımdır. Elə iqtisadçı Eldəniz Əmirov da deyir ki, bu hadisəyə adi bir hava limanının açılışı kimi baxmaq doğru deyil: "Yenə dünyanın diqqəti, dostlarımızın bəziləri, bizim isə ürəyimiz Zəngilandadır. Ad olaraq "Zəngilan Beynəlxalq Hava Limanının açılışı" olsa da əslində mahiyyət daha dərindir. Yoxsa, hazırda qanasusamış tərəflərin- rus və qərbin arasında dayanan nobelə iddialı Rəcəb Tayyib Ərdoğanın Zəngilanda nə işi vardı? Yəni mahiyyət aeraportdan daha böyükdür Bu hava limanı perspektivdə təkrar böyüdüləcək və Azərbaycanın əsas Bakı hava limanı ilə qərabət apara biləcək hava limanına çevriləcəkdir. Düzdür, göstəriciləri yaxşıdır. Uçuş-enmə zolağının uzunluğu 3000 metr, eni 60 metr, terminalın buraxılış qabiliyyəti saatda 200 sərnişindir. Bu hava limanı bütün növ təyyarələri, o cümlədən ağır yük təyyarələrini qəbul edəcəkdir. Amma sülh müqaviləsindən və zərərli qonşuların zərərsizləşdirilməsi proseslərindən sonra bu hava limanı 200 sərnişinlə kifayətlənməyəcək. İkincisi ona görə ki, söhbət Zəngilandan gedir. Zəngəzur dəhlizi açılacağı təqdirdə bu rayon Azərbaycanın ən inkişaf etmiş rayonuna çevriləcək. Şuşa mənəvi mərkəz olsa da, Zəngilan iqtisadi güc mərkəzi olacaq. Yarancaq vəziyyət özü tədricən Zəngilina belə bir mərkəzə çevirəcək. Bunun da müəyyən ciddi səbəbləri var".
İqtisadçı deyir ki, Şərq Qərb dəhlizi haqda eşitməyən yoxdur. Amma bu dəhlizin özü də 3 fərqli marşurutlar üzrə uzanır. Bu dəhlizlər belə adlanir: "Yuxarı dəhliz, Orta dəhliz və Aşağı dəhliz. Yuxarı dəhliz marşrutu Çin- Yaponiya-Cənubi Koreya-Rusiya-Azərbaycan-Gürcüstan - Türkiyə Qara dəniz və Avropa. Orta dəhliz marşrutu-Çin Qazaxıstan-Xəzər dənizi-Azərbaycan-Gürcüstan- Türkiyə -Qara dəniz və Avropa. Aşağı dəhliz marşrutu-Çin-Qırğızıstan-Özbəkistan-Türkmənistan- Xəzər dənizi-Azərbaycan-Gürcüstan-Türkiyə-Qara dəniz və Avropa. Göründüyü kimi bu 3 marşurutun heç biri işğaldan azat etdiyimiz ərazilərdən keçmir. Hazırda ən actual və işlək olan orta dəhliz hesab edilir. Çindən Türkiyəyə və eləcə də Avropa ölkələrinə və əks istiqamətdə yük daşımalarının artırılmasına xidmət edir.
Bu dəhliz üzrə hərəkət edən blok qatarı orta hesabla 20-25 günə Çindən Avropaya yükləri çatdırır. Bu da nəqliyyat dəhlizinin əsas üstünlüklərindən biridir. Amma bu dəhliz Zəngilan rayonundan, Zəngəzur dəhlizindən keçərək Türkiyəyə getsəydi, bu zaman Gürcüstandan keçməzdi. Bu isə daha az zaman, daha qısa yol, daha az xərc deməkdir".
Eldəniz Əmirov deyib ki, perspektiv hədəflər də budur6 "Hələ Orta Asiya ölkələri ilə getdikcə artan əlaqələr, gələcəkdə Aşağı dəhlizin imkanlarını genişləndirəcək. Qırğızıstan, Özbəkistan və Türkmənistanın da Avropoya çıxışları Aşağı dəhlizin Zəngilan marşurutu üzrə baş tutacaq. Bu da işğaldan azad edilmiş ərazilərə öz qatqısını verəcək. Hələ bu da son deyil. Türkiyənin Orta Asiyaya çıxışı məsələsi də var. Türkiyə ötən il 496 milyard dollarlıq bir ticarı dövriyyəsi olan ölkədir. Orta Asiya ölkələrinin xüsusi çəkisi çox bərbad səviyyədədir. Niyə? Ona görə ki, logistic imkanlar məhduddur. Zəngəzur layihələri reallaşandan sonra Orta Asiya ilə Türkiyəni ayıran ciddi maneə aradan qalxacaq. Vahid Türk dünyasının inteqrasiya problemi həll olunacaq, böyük ticari dövriyyələr formalaşacaq. Bir sözlə, kimi hansı konteksdən baxsaq, Zəngilanın regionun digər inzibati rayonlarını inkişaf baxımından geridə qoymaq şansı böyükdür. İllər sonra isə Zəngilanda dəniz sahilində olmayan Azərbaycanda birinci, dünyada isə az saylı Azad İqtisadi Zonalardan birinin yaradılması mümkündür. Göründüyü kimi gələcək haqqında xeyli müsbət məqamlar var. Amma ilk növbədə regionun taleyini dəyişəcək "sülh müqaviləsi"nə ehtiyac var. Azərbaycan tərəfinin müharibə bitdikdən sonra apardığı diplamatiya onu deməyə əsas verir ki, həmin sülh elə də uzaq deyil".
S.İsmayılbəyli