Saxta və həyasız iddialardan usanmayan hay sürüsü...
19 May 2022 09:59 SiyasətQismət Yunusoğlu,
Bakı Dövlət Universitetinin müəllimi
2022-ci ilin may ayının əvvəlində İrəvan şəhərindəki "Konqres" mehmanxanasında "Dərbəndli və dağ yəhudi"si mənşəli pərdəsinə bürünərək "Həmid Əmirov" təxəllüsü ilə işıq üzü görən "Cənnətdə göz yaşları" romanının təqdimatında əsərini 2020-ci ilin 44 günlük II Qarabağ müharibəsinə həsr edən Moskva şəhərində yaşayan müəllif nəşrin yazılmasında, məlumatların toplanılmasında, çap edilməsində və təqdimatının təşkilində ona köməklik göstərmiş doğmalarına-Y.Ter-Ovanesyana, K.Kasparyana, İ.Zakoyana, J.Bədəlyana, A.Xaçentsə... minnətdarlığını bildirdiyindən onun damarında hay qanı axmaqla hay mənşəli olduğu şübhə doğurmur.
Hay kilsəsinin və hay sürüsünün yeni hiylələrindən biri də guya qeyri-millətlərin adından istifadə etməklə Türk-Müsəlman dünyasına və xalqlarına qarşı nifrət dolu iftiraların yağdırılması, bu istiqamətdə təbliğatın gücləndirilməsi üsullarının şaxələndirilməsi və davamlı etdirilməsidir. Təsadüfi deyil (və təəssüf) ki, bu yöndə daha çox Şimali Qafqaz xalqlarının nümayəndələri seçilmişdir (Dağıstan Dövlət Universitetinin Tarix kafedrasının professoru, tarix elmləri doktoru Məhəmməd Rəcəb oğlu Həsənovun (1939) "Qafqazın elmi fikri" jurnalının 2016-cı il tarixli, 2 №-li buraxılışı, 66-70-ci səhifələrində yer alan "Qafqazın dövlət və cəmiyyət münasibətlərinin qarşılıqlı əlaqəsinə dair (e.ə. I minilliyin sonu və I minilliyin əvvəli)" yazısını (əslən tabasaranlı olan bu alim həm də "Dağıstanın tarixi" (2011), "Dağıstan və Gürcüstanın tarixi əlaqələri" (1991), "V-XV əsrlərdə Dağıstan və Qafqaz xalqları" (2008), "1722-1723-cü illərdə I Pyotrun Xəzər yürüşü" (2015)... kitablarının müəllifidir), "Qafqaz xalqları: ənənə və müasirlik" və "Qafqazın elmi fikri" jurnallarının-bu nəşrlərdə çap edilən elmi-nəzəri əsərləri, Dağıstan Dövlət Universitetinin əməkdaşı Dilşad Şahruddin qızı Ramazanovanın "Dağıstan Rusiyanın tərkibində: ərazinin inzibati-siyasi statusu və milli siyasətin aktual problemləri (1921-2017-ci illərdə)", I cild (tarix elmləri doktoru alimlik dərəcəsi almaq üçün yazılmış dissertasiya işi, Mahaç-Qala şəhəri, 2020)..., elmi simpoziumlar-"Şimali Qafqaz: arxeologiya, etnoqrafiya və ölkəşünaslıq", Armavir şəhəri, 2016; "Böyük Qafqaz: Rusiya-Avropa əməkdaşlığı", Cənubi Qafqaz Federal Universiteti, 2019; 18-19 oktyabr 2019-cu il tarixdə Rostov şəhərində hay kilsəsinin təşkilatçılığı ilə keçirilən və hayların Volqa-Don çayları hövzəsinə sürülməsinin 240 illiyinə həsr edilmiş "Tarix və müasirlik" mövzusundakı beynəlxalq konfrans...).
Bu baxımdan "Həmid Əmirov"un yazdığı "Cənnətdə göz yaşları" romanında (2022, 340 səhifə) Türk xalq(lar)ına qarşı hay kilsəsinin və hay sürüsünün saxtalaşdırılmış tarixi mülahizələr müstəvisində ünvanladığı nifrət, böhtan dolu iddialar, əsassız uydurmalar... süjet xəttində məzmun çalarları, kompozisiya strukturu kimi ayrı-ayrı surətlərin dilində səslənir.
Onun genetik hay bağlılığı, qan-irs kökənliyi və sevgisi 2016-cı ildə yazdığı "Yarıya bölünmüş ürək" əsərində (məzmunu Qafqaz xalqlarının Moskva həyatı barədə olan), onun davamı olaraq "Şir və Günəş" kitabında da (Rostov bölgəsində yaşayan haylara, 2006-cı ildə Qara dəniz sahillərində, Soçi şəhəri yaxınlığında qəzaya uğrayan "Armavia" təyyarəsindəki sərnişinlərin (hayların) faciəsinə həsr edilib) biruzə vermişdir.
Azərbaycan dövlətçilik və milli-mədəniyyət tarixinin saxtalaşdırılması niyyəti ilə yazılmış "Cənnətdə göz yaşları" romanı Z.Balayanın "Ocaq" (1918, 1986), S.Kaputikyanın "Karvan hələ yoldadır" (1969), "Ermənistanın qanı" (1981), A.Bəyləryanın "Qarabağ gündəliyi" (2015) əsərləri, E.V.Savenko-Limonovun "Monqolustan" əsərinin (2018) Artsax fəsli, M.İ.Vellerin hay-daşnak ruhlu çıxışları, əski Türk-Qaraimanlı tayfalarının nəsil şəcərəsinə mənsub K.N.Bakşinin (1931-2019) "Qartal vı Qılınc", "Tale və Daş", "Ərsakın ruh xəzinəsi" əsərləri, 20 hissəli "Matenadaran" televiziya filmi.. ilə genetik ideya-məzmun bağlılığına malikdir.
Bu əsərdə isə müəllif guya tərəfsiz olduğunu ("...mən nə erməni, nə də Azərbaycanlıyam...mən sülh tərəfdarıyam, əsərimdə heç bir tərəf tutmuram, istəyirəm ki, insanlar həqiqətə və tarixə ehtiyatla yanaşsınlar, çünki, tarix-xalqın sifətidir, xüsusilə əgər o xalq qədim və zəngindirsə..." (əlavə şərhə ehtiyac yoxdur-Q.Y....), "...bu tarixdir...amansız müharibənin fəlsəfəsidir...erməni özünüdərkinin ruhunu anlayın..." müraciətlərini giriş hissədə (səhifə 2-3) bildirsə də, sonrakı hissələrdə Qarabağ bölgəsinin (əsərdə "Artsax" kimi qeyd edilir, əslində əski-Türk mənşəli bu "Ərsak" etno-antrotoponim geniş yayılmalı, islənilməli, milli-etimoloji təhlili nəzəri baxımdan əsaslandırılmalı və doğmalaşdırılmalıdır, çünki, hay kilsəsi toponimlərimizi də mənimsəməkdə və öz çirkin təbliğatında istifadə etməkdədir) tarixi, milli-etnik özgürlüyü, folklor dünyası uydurma hay irsi kimi qələmə alınmışdır.
Əsərin məzmunu II Qarabağ müharibəsində hay-daşnak sürüsünün yaşadığı həyat lövhələrini, Azərbaycan dövlətçiliyi və milli-etnik tarixiliyinə nifrət dolu saxta uydurmalarla yiyələnmə cəhdini, bu sürünün İrəvan-Moskva əlaqələrinə...həsr və müxtəlif süjet xətləri-hadisə fokusları bucağından (hadisələrin məkanı ona görə Qarabağ seçilib ki, Moskva şəhərindən İrəvana gələn gənclər (Marat və rus Sofiya) Xankəndi şəhərində toy şənliyində iştirak ediblər-26 sentyabr 2020-ci il taixdə, şənbə günü, səhərisi gün isə müharibə onların həyatını başqa axara salmışdır) təsvir edilib.
Qarabağ bölgəsinin tarixinə şərik olub mənimsəməklə yanaşı, əski Türk-Müsəlman dünyasının milli-mənəvi, maddi-qeyri-maddi irs sərvətlərini də "erməni" adına çıxmaqları əsərdə surətlərlə bağlı hadisələr-münasibətlər timsalında işıqlandırılıb.
Bu barədə ardıcıllıqla...
I hissə (səhifə 8) iki bəndlik şerlə açılır:
Hər bir insanın bir guşəsi var dünyada,
Orda babalarımıızn ruhu yaşayır...
Biz doğma çeşmədən su içməyə gəlirik,
Kimsə faciə törətmək istəyir bizim cənnətdə...
Azərbaycan xalqına qarşı hay nifrəti qocasında da (Nune, Qurgen...), cavanında da (Sofiya, Samvel...), ziyalısında da (Masis...), məhlə uşağında da (Azat...)... körükləndiyi (kökləndiyi) açıq-aşkar təsfir edilir, hay xislətinə uyğun əsaslandırılr.
32-səhifədə yazılıb ki, Azat uşaq ikən valideynlərini gecə ikən öz mənzillərində uzaq Krasnoyarsk diyarında Azərbaycanlılar "erməni" olduqlarılna görə amansızlıqla qətlə yetiriblər. Onların bu diyarda böyük icmaları var.
Müəllif təsfirindən (səhifə 34) məlum olur ki, uzun illər ərzində Moskva şəhərindəki ali məktəblərin birində şərqşünaslıq fakültəsinin dekanı olmuş, professor, yaşı 90-ı haqlamış, gözlərinə müdriklik və qüssə hopmuş, 1990-cı illərdən sonra buraya köçən, I Qarabağ müharibəsində 3 oğlu ilə iştirak edən (oğlanlarını itirən) Masis toyda ("Noy" şadlıq evində) sağlıq deyir (səhifə 38-39), gənclərə "xeyir-dua" verir:
- Hamımız, Artsaxda doğulanlar da, yaşayanlar da böyük bir ağacıq. Bir ağacın bu gün budaqları yaranır. Bütöv Artsax, biz hamımız-bir ailəyik. Biz qədim ağacımızı unutmamalıyıq. Biz bu dünyada qədimlərdən qədimik. Biz qadınlarımızın axıtdığı, çaylara çevrilmiş göz yaşlarını heç vaxt unutmamalıyıq...
I Qarabağ müharibəsində daşnak qulduru, ASALA-RM beynəlxalq terror şəbəkəsinin rəhbəri Monte Melkonyan ("Avo" ləqəbli) ilə birgə işğalçılıq faciələrində Masisin iştirakını "qəhrəmanlıq" kimi yazıya alan müəllif həmin məclisdə "qədim "erməni" milli rəqsi"nin sədası altında -"Köşəri" rəqsini ifa etdikilərini təsvir edir.
Yəqin ki, doğmaları "Həmid Əmirova" açıqlamayıblar ki, nəyə görə bu "qədim "erməni" milli rəqsi Türk adını daşıyır...
Romanın 1.6 hissəsində Masis və Qurgen arasındakı söhbət də mürtəce-qart hay xislətinin qan-gen yaddaşına işıq saçır:
Masis: -Biz öz torpağımızı qoruyacağıq, müstəqilliyimizi qəbul edəcəklər, tanıyacaqlar.
Qurgen:-Təki ruslar bizimlə bir olsun, çünki biz indi tamam təkik.
Masis: -Hə..ə..ə..ə.. Bəlkə indi yeni Avo və ya yeni Nijde yarandı...
Daha sonra, Masis Sofiyanın cavabına deyir:-Əgər bu qızın dodağı ilə bütün Rusiya səslənirsə, deməli torpaqlarımızı ala biləcəyik... Hücum edənlərə torpaq lazım deyil, uzun əsrlərdir ki, onların məqsədi daha çox erməni öldürmək olmuşdur.
II hissə (2.1) də 2 bəndlik şerlə açılır:
Çoxdandır kimlərinsə yuxusunda,
erməni torpaqları oda qalanıb...
Şeytanın nökərləri insan qanını hədəfə alıb,
Analar və bacılar, atalar və qardaşlar göz yaşları axıdır...
Həqiqət tonqalda yanıb kül olur,
Xeyirxahlığın, nəcibliyin sonu çatıb...
"Həmid Əmirov" bu yerdə də ünvanı səhv salıb...
(ardı var)
(050.372.60.08.)
