Rusiya Kiyevin Avropa İttifaqına girməklə bağlı müraciətinə münasibətini dəyişir
13 May 2022 10:15 SiyasətBundan sonra Ukraynanın Avropa İttifaqına qəbul olunması onun NATO -ya üzv olmasına bərabər tutulacaq. Bu barədə Rusiya Federasiyasının BMT yanında daimi nümayəndəsinin müavini Dmitri Polyanski Böyük Britaniyanın UnHerd kanalına verdiyi müsahibə zamanı bildirib. Bu mövqe dəyişikliyini Polyanski Avropanın baş diplomatı Jozef Borrelin məşhur " bu müharibədə qələbə döyüş cəbhəsində əldə olunmalıdır" ifadəsindən sonra baş tutub. Barrelin bu ifadəsinə qədər Avropanın münaqişənin sülh yolu ilığə həll olunmasında maraqlı olduğu düşünülürdü. Avropalı diplomatın dedikləri və Avropa ölkələrinin Ukraynaya ciddi şəkildə silah yardımı göstərməsi Rusiyanın diqqətində Avropa İttifaqını NATO ilə eyniləşdirdi.
Polyanskinin sözlərinə görə indi Rusiya Ukraynanın Avropa İttifaqına qəbul olunmasını Kiyevin NATO-ya qəbul edilməsinə bərabər tutur: " Əvvəllər biz Ukraynanın Avropa İttifaqına qəbul edilməsinə ciddi narahat olmurduq. Borrelin " bu qələbə döyüş meydanında qazanılmalıdır" ifadəsindən və Avropa İttifaqı Ukraynanınn silahla təchiz olunmasında önə keçdikdən sonra vəziyyət dəyişdi. Düşünürəm ki, bizim mövqeyimiz NATO-ya olan mövqeyimizə daha yaxındır. Onlar arasında ciddi fərq görmürük."
Baxmayaraq ki, Avropa İttifaqı NATO kimi hərbi blok deyil, onun Rusiya-Ukrayna münaqişəsində tutduğu mövqe və Ukraynanın silah və hərbi texnika ilə təchizatı funksiyasının NATO-ya yaxınlaşdığını deməyə əsas verir. Hər halda bu Rusiya hakimiyyət orqanlarının mövqeyidir. Əslinə baxanda Avropa İttifaqına daxil olan ölkələr Ukraynaya NATO çətiri altında yardım edirlər. Avropa İttifaqı Kiyevə iqtisadi sahədə etdiyi yardımı birlik adından sənədləşdirir. Digər məsələlər isə NATO-ya istinadən həll olunur, o cümlədən silah yardımı. Amma Rusiyanın ehtiyat etməsinin də əsası var. Ukraynada vəziyyət gərginləşdikcə NATO-Aİ məfhumları əməldə birləşərək vahid yardım kompaniyasına çevrilir. Digər tərəfdən Rusiyada hesab edirlər ki, NATO-ya qapıları bağlanan Ukrayna bu hərbi birlikdən birbaşa əldə edə bilmədiyi hərbi dəstəyi Avropa İttifaqı vasitəsi ilə alacaq.
24 fevralda Rusiya Ukraynada hərbi əməliyyata başladı, Əməliyyatın məqsədini əhalini "genasiddən" qorumaq, " denasifikasiya" və " demilitarizasiya" kimi müəyyən etdilər. Putin əməliyyatın başlanğıcında bu addımın məcburiyyət qarşısında atıldığını bəyan etdi. Münaqişə irəliləyən günlərdə Ukrayna Prezidenti Volodimir Zelenski Avropa İttifaqına girmək üçün müraciət etdi və prosesin daha sürətlə həyata keçirilməsi üçün Brüsseldən xahiş etdi. Ukraynanın sürətli şəkildə Aİ-yə qəbul olunması Bolqariya, Çexiya,Estoniya. Latviya, Litva, Polşa, Slovakiya və Sloveniya kimi Şərqi Avropa ölkələri tərəfindən dəstəkləndi. Amma bu barədə Fransa və Almaniya- Avropa İttifaqının əsas fiqurlarının münasibəti fərqlidir. Makron bu barədə verdiyi son bəyanat zamanı Ukraynanı tələsik Avropa İttifaqına qəbul edilməsinin Avropa standartlarınən pozulması olduğu barədə xəbər verdi və bu prosesin 10 iildən tez həyata keçməyəcəyini vurğuladı. Almaniyanın da Fransa ilə həmrəy olması haqqında məlumatlar gəlməkdədir.
Hələ Avropa İttifaqının martın 11-də Versalda keçirilən vropa ölkələrinin nümayəndələri bəyan etmişdilər ki, Ukraynanın sürətləndirilmiş şkildə İttifaqa qəbul edilməsi mümkün deyil. Makron o dəfə bildirmişdi ki, qapıları Ukraynanın üzünə bağlayaraq "mümkün olmayacaq" demək də Ukrayna üçün ədalətsizlik olardı. Amma Ukraynada 2022-ci ilin iyununda namizəd qəbul olunacaqları kimi nikbin bir əhval-ruhiyyə hökm sürür. Bu barədə Baş Nazirin müavini Olqa Stefanişina rəsmi şəkildə bəyan etmişdir. Ukraynanın 2019-cu ildə qəbul olunmuş Konstitusiyasında da Avropa İttifaqına üzv olmaq rəsmi şəkildə əks olunub. Görünən odur ki, hələ birinci prezidentliyi dövründən Putinlə Ukrayna ilə bağlı tez-tez telefon görüşləri keçirən Makron Rusiya ilə birlikdə Ukraynanın Avropa ailəsinə tam hüquqlu üzv olmasının qarşısını almaq üçün razılığa gəliblər. Amma bunun qarşısında Putinin Fransaya və ya Makrona hansı vədlər verməsi hələaydın deyil.
Əlimusa İbrahimov
Politoloq