Zelenski ailəsinə sığınacaq təklif edən Britaniyanın baş nazirinə nə deyib? – “Ona heyranam…”
20 Mart 2022 11:38 SiyasətBöyük Britaniyanın Baş naziri Boris Conson Ukrayna Prezidenti Volodimir Zelenski və onun ailəsinə ölkəsində sığınacaq təklif etdiyini açıqlayıb.
Bu barədə məlumatı "The Sunday Times" nəşri yayıb.
"Biz bütün bunları əvvəl də müzakirə etmişik... Deyə bilərəm ki, Volodimir (Zelenski - red.) aydın şəkildə bildirdi ki, Ukrayna xalqına borcludur və orada qalacaq, onların qeydinə qalacaq. Deməliyəm ki, ona heyranam", - deyə Baş nazir qeyd edib.
"Qafqazinfo"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31