İcra başçısı şəhid ailələrini ziyarət etdi
20 Mart 2022 09:15 SiyasətAbşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev "Qüsursuz xidmətə görə" və "Hərbi xidmətlərə görə" medallarına layiq görülən şəhid mayor pilot Həsənov Elmir Mircəlil oğlunun əvvəllər yaşadığı evə gedərək onun qızının doğum günündə iştirak edib.
RİH başçısı şəhidin qızı Elay Həsənlini 9 yaşı olması münasibəti ilə təbrik edərək ailənin qayğıları ilə maraqlanıb, onlara hər cür lazımi dəstəyin bundan sonra da daimi olaraq göstəriləcəyini qeyd edib.
Daha sonra Abdin Fərzəliyev rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birgə Novruz bayramı ilə əlaqədar şəhid Abbasov Səxavət Rizvan oğlunun, şəhid Ataşov Asif Kərim oğlunun, şəhid Tahirov Vüsal Mehdi oğlunun və şəhid Mehdiyev Rəşad Rəhman oğlunun əvvəllər yaşadığı evlərinə gedərək onların ailə üzvləri ilə görüşüb
RİH başçısı ziyarət zamanı bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin müdrik siyasəti, iradəsi sayəsində xalqımız Vətən müharibəsində qalib gələrək 30 illik vətən həsrətinə son qoyuldu. Xalq-hakimiyyət birliyinin, dəmir yumruq kimi birləşməyimizin nəticəsində düşmən döyüş meydanında diz çökdürüldü. Ölkəmizdə şəhid və qazi ailələrinə böyük diqqət və qayğı göstərildiyini və bunun dövlət siyasətinin tərkib hissəsi olduğunu qeyd edən Abdin Fərzəliyev Abşeron rayonunda da bu qayğının bundan sonra da daimi olaraq davam etdiriləcəyini diqqətə çatdırıb.
Şəhid ailələri də öz növbələrində dövlət rəhbərliyinin hər zaman diqqət və qayğısını hiss etdiklərini, göstərilən diqqətə və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, hər zaman onlara dayaq olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.