S-400-lərin Türkiyənin əlindən alınmasına Amerikanın yeni cəhdi

Ameika Birləşmiş Ştatlarında Kəşfiyyat orqanlarına yaxınlığı ilə seçilən "The World Street Journal" dərgisi keçmiş MKİ ( SİA) rəhbəri olan Paul Kolbenin imzası ilə Ukraynanın havadan müdafiə sistemlərini gücləndirmək məqsədi ilə Türkiyədə olan S-400 -lərin Ukraynaya verilməsi təklifi ilə çıxış edib. Bunun əvəzində Türkiyə ilə Amerika Birləşmiş Ştatları və NATO arasında bu sahədə yaranmış narazılıqları atradan qaldırmaq , Türkiyənin layihəsində iştirak etdiyi F-35-lərlə təchiz edilməsi və hətta Patriot havadan müdafiə sistemləri ilə təchiz olunmasını mümkün hesab edir.

Təbii ki, bu təklifi sıradan bir şəxsin Ukraynaya yardım etmək məqsədi ilə irəli sürdüyü təklif kimi qiymətləndirmək mümkün deyil. Halihazırda Belfer Merkezichr("39")nde İstihbarat Projesi Direktörü olarak görev yapan Paul Kolbe, uzun süre CIAchr("39")de çalıştı. Kolbechr("39")nin yurt dışı görevleri arasında Sovyetler Birliği, Balkanlar, Güneydoğu Asya, Güney Afrika ve Orta Avrupa bulunuyordu.

Paul Kolbe hazırda Amerikada çox məşhur olan Belfer Mərkəzində Kəşfiyyat Layihəsi direktoru kimi fəaliyyət göstərir və uzun müddət Mərkəzi Kəşfiyyat idarəsində çalışıb. Onun fəaliyyət sahəsi Sovet İttifaqı, Balkanlar, Mərkəzi Avropa ölkələrini əhatə edib.

Bu günkü Amerika xarici siyasətinin məhz Kolbe kimi mütəxəssislərin təklifləri əsasənda istiqamətləndirildiyini nəzərə alsaq bu təklifin məhz Amerika hakimiyyət eşolonundan gəldiyini düşünə bilərik. Bu təklif ilk növbədə  Türkiyənin bu barədə münasibətini öyrənmək məqsədi daşıyır. Türkiyədən hər hansı bir olumla münasibət hiss olunsa təklifin həyat keçirilməsinə başlanılacaq.

Bu layihə ilə Amerika Birləşmiş Ştatları "bir güllə ilə iki deyi, hətta üç  dovşan vurmaq" istəyir. O Ukraynanın havadan müdafiə sistemlərini gücləndirmək və bununla da dünya ictiamiyyətinin Ukraynaya ciddi kömək etmədiyinə görə danlağından qurtarmaq,  Rusiya ilə Türkiyənin arasını vurmaq istəyir və S-400-ləri nəhayət Türkiyənin əlindən almaq istəyir.

Türkiyənin Amerikadan gələn və hələ ki,  rüşeym halında olan bu dəyişmə layihəsinə müsbət reaksiya verməsini gözləmək ən azından sadəlövhlük olardı. Ərdoğan uzun müddət uğrunda mübarizə apardığı və az qala dünyanın yarısı ilə münqişəyə  girərək həyata keçirməyə nail olduğu bir layihədən belə asanlıqla əlçəkən siyasi və dövlət xadimi deyil. S-400-lər onun və Türkiyə Respublikasının xarici siyasətində mühüm yer tutan bir manevr idi və Amerikanın indi bu silahın əvəzinə təqdim edə biləcəyi sistemlərin  heç biri Türkiyə üçün əvvəlki qədər əhəmiyyət kəsb etmir.

Digər tərəfdən, Türkiyənin bu dəyişməyə razılıq verməsi Rusiya ilə bütün iplərin qopması anlamına gələrdi.  Rusiya ilə Türkiyənin münasibətlərinin bütün münasibətlərin kəsilməsi müqabilində isə Amerikanın təklif etdiyi üstünlük çox cüzidir, zəifdir və hətta cılızdır. Türkiyə-Rusiya münasibətləri ciddi sınaqlardan keçərək bu həddə gəlib çatmışdır və bütün narazılıqlara baxmayaraq indiki vəziyyətdə belə bu münasibətləri pozmaq Amerikanın imkanları xaricindədir.

Görünür, Amerikada Rəcəb Təyyib Ərdoğan fenomenini hələ də yaxşı tanımırlar. Elə buna görə də xarici siyasət sahəsində buraxdqqları səhvləri sayı və çəkisi hər keçən gün artmaqda davam edir və edəcək.

Əlimusa İbrahimov
Politoloq

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31