Prezident İlham Əliyev Tunisin dövlət başçısına təbrik məktubu göndərib
19 Mart 2022 14:22 SiyasətPrezident İlham Əliyev Tunis Respublikasının Prezidenti Kays Sayidə Tunis Respublikasının milli bayramı münasibətilə təbrik məktubu göndərib.
Olaylar.az xəbər verir ki, məktubda deyilir:
"Hörmətli cənab Prezident,
Tunis Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
İnanıram ki, istər ikitərəfli qaydada, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycan-Tunis dostluq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.
Bu bayram günündə Sizə ən xoş arzularımı yetirir, dost Tunis xalqına əmin-amanlıq və rifah diləyirəm".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31